Norveçin ədliyyə və polis naziri Milli Məclisin qonağı olub
[
08 Fevral 2010 18:37 ]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. APA-nın xəbərinə görə, komitə sədri Əli Hüseynov Milli Məclisin fəaliyyəti, strukturu, eləcə də rəhbərlik etdiyi komitənin işi barədə qonaqlara ətraflı məlumat verib. K. Storberget də ölkəsinin qanunvericilik qaydaları, qanunların hazırlanma texnologiyası və digər məsələlərdən danışıb. Sonra komitənin üzvləri - Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qanunların hazırlanmasında siyasi partiyaların rolundan bəhs ediblər.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az