[ 23 Aprel 2010 19:08 ]
“İşin Avropa Məhkəməsində baxılması zamanı Eynulla Fətullayevin qohumları və digər şəxslər bir neçə dəfə mətbuatda çıxış edərək, Avropa Məhkəməsinin onun buraxılmasına dair qərar qəbul edəcəyini bildiriblər. Belə bir qərarın Avropa Məhkəməsi üçün adi hal olmadığını nəzərə alaraq, Avropa Məhkəməsindən məlumatların sızması barədə əsaslı şübhələr yaranıb”
Bakı-APA. APA Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsini təqdim edir
- Son dövrdə ölkədə aparılan hüquq islahatlarının istiqamətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycanda həyata keçirilən hüquqi islahatların əsas istiqamətlərini belə müəyyənləşdirmək olar: qanunvericilikdə insan hüquqlarına dair müddəaların təsbit edilməsi və onların müdafiəsi üçün məhkəmə və məhkəmədənkənar mexanizmlərin yaradılması; demokratik hüquqi dövlətin qanunvericilik əsaslarının formalaşdırılması; konstitusion ədalət mühakiməsinin formalaşdırılması; məhkəmə sisteminin islahatı; hüquqi islahatların kadr təminatı, hüquqşünasların peşəkarlığının artırılması; hüquq pozuntuları ilə mübarizə üçün normativ-hüquqi bazanın yaradılması və sair.
1995-ci ildə başlanan hüquq islahatlarını bir neçə mərhələyə bölmək olar. Hazırda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi mərhələsinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və məhkəmələrə inamın artırılması, müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, həmçinin digər mühüm məsələlərin həll olunmasıdır. Regionlarda hüquq infrastrukturunun inkişafı ilə əlaqədar məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində dəyişikliklər etmək, əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyini artırılmaq üçün tədbirlər görülür. Bu tədbirlər regionlarda yeni məhkəmələrin yaradılması, hakimlərin, vəkillərin və prokurorluq orqanları əməkdaşlarının sayının artmasına gətirib çıxarır.
Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının genişləndirilməsi, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanun yaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirməni və digər istiqamətlər üzrə inkişafı təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
Yüksək peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə yaradılmış Ədliyyə Akademiyasında ali hüquq təhsili almış və ədliyyə, prokurorluq orqanlarında çalışmaq, vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin peşə fəaliyyətinə buraxılması üçün icbari təlimlərin təşkili edilməsi nəzərdə tutulur.
Polis orqanlarında yeni texnologiyalar tətbiq edilir, avtomatlaşdırılmış məlumat sistemi təkmilləşdirilir, “Təhlükəsiz şəhər” və “Polis sahə rəisi” layihələri uğurla həyata keçirilir.
Hazırda hüquq islahatlarının yeni istiqamətləri müəyyənləşir. Belə ki, “İnzibati icraat haqqında” Qanun, İnzibati Prosessual Məcəllə 2010-cu il sentyabrın 1-də qüvvəyə minəcək. Qanun inzibati hüquq sahəsində vətəndaşlar ilə dövlət arasında münasibətləri tənzimləyən çoxsaylı qanunvericilik aktlarını əvəz etməklə inzibati icraat çərçivəsində vətəndaşların hüquqlarının daha dəqiq təsbit edilməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə, eyni zamanda onun səmərəliliyinin artırılmasına xidmət edir.
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi sahəsində yaranan münasibətlərinin tənzimlənməsi məqsədilə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun layihəsi parlamentin müzakirəsindədir.
Azərbaycanın Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olması nəticəsində vətəndaşların insan hüquq və azadlıqlarının müdafiəsinin əlavə mexanizmləri yaradılıb. Hazırda Avropa hüquq standartları ilə milli qanunvericilik arasında uyğunlaşma prosesi gedir. Avropa Məhkəməsinin qərarlarının icrasını həmin prosesin tərkib hissəsi kimi qiymətləndirmək olar.
- Avropa Məhkəməsinin Eynulla Fətullayevi dərhal azadlığa buraxmaq göstərişini icra etmək üçün Azərbaycan qanunvericiliyində hüquqi əsasların olmaması fikrinə münasibətiniz necədir?
- Mən o fikirlə razıyam ki, Avropa Məhkəməsinin dövlətə işin necə həll edilməsi ilə bağlı göstərişlərin verməsi onun səlahiyyətlərindən kənara çıxır. Avropa Məhkəməsi dövlət orqanlarını və dövlətin məhkəmələrini əvəz etməməlidir. Bununla əlaqədar Azərbaycanın öz maraqlarını müdafiə etmək üçün Avropa Məhkəməsinin Böyük Palatasına müraciət etmək qərarı tam əsaslıdır. Xatırlatmaq istərdim ki, Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qərarlarının icrasını təmin etmək məqsədi ilə 2004-cü ildə Cinayət Prosessual və Mülki Prosessual məcəllələrinə yeni fəsillər əlavə edilib, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın qaydası müəyyən olunub.
Avropa Məhkəməsinə şikayətlə müraciət etmiş ərizəçilərin işlərinə ona görə yeni hallar üzrə baxılmasına zərurət var ki, bu işlər üzrə milli məhkəmələrin qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Avropa Məhkəməsi öz qərarları ilə həmin məhkəmə aktlarını ləğv etmir, o, sadəcə ərizəçilərin işlərinə baxıldığı zaman İnsan hüquqları üzrə Avropa Konvensiyasının müddəalarının pozulmasını müəyyən edir. Beləliklə, Avropa Məhkəməsinin qərarlarını icra etmək üçün qanuni qüvvəyə minmiş məhkəmə aktlarını ləğv etmək və ya onları dəyişdirmək lazım olur. Bunu isə yalnız prosessual qanunvericiliyimizdə nəzərdə tutulmuş qaydada etmək mümkündür.
- Eynulla Fətullayevin barəsində məhkəmə qərarlarına Azərbaycanda hansı məhkəmə baxmalıdır və nəticədə hansı qərar qəbul edilə bilər?
- Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Avropa Məhkəməsinin qərarları ilə əlaqədar milli məhkəmələrin aktlarına yeni hallar üzrə Ali Məhkəmə baxır. Cinayət Prosessual Məcəlləsində bunun üçün dəqiq prosedur müəyyən edilib. İşə plenumun iclasında Avropa Məhkəməsinin qüvvəyə minmiş qərarı Ali Məhkəməyə daxil olduqdan sonra 3 ay müddətində baxılır və qanunda nəzərdə tutulmuş qərarlardan biri qəbul edilir. Vurğulamaq istərdim ki, bu cür mütərəqqi müddəalar, demək olar ki, heç bir Avropa dövlətində mövcud deyil. Avropa Məkanında qəbul edilmiş təcrübə əsasən ondan ibarətdir ki, Avropa Məhkəməsinin qərarında insan hüquq və azadlıqlarının pozulması müəyyən edildiyi halda, hökumətin yalnız kompensasiya ödəmək və hər hansı ümumi xarakterli tədbirləri həyata keçirmək vəzifəsi var. İşə yenidən baxılması isə yalnız şikayətçinin təşəbbüsü ilə mümkündür. Yəni ölkə məhkəmələrinin yol verdiyi səhvləri öz təşəbbüsü ilə düzəltmək öhdəliyi yoxdur.
Ali Məhkəmə plenumunun qəbul edə biləcəyi qərarlarla bağlı deməliyəm ki, o, əvvəlki məhkəmə aktlarını tam və ya qismən ləğv edib cinayət işini yenidən baxılması üçün birinci və ya apelyasiya instansiyası məhkəməsinə göndərə, yaxud kassasiya instansiyası məhkəməsi qərarının və ya əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Nəhayət, plenum kassasiya instansiyası məhkəməsinin qərarının və ya əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə qərar qəbul edə bilər. Hansı qərarın qəbul edilməsi konkret işin hallarından asılıdır. Qeyd etməliyəm ki, Ali Məhkəmənin plenumu Avropa Məhkəməsinin qərarları ilə əlaqədar artıq bir neçə işə baxıb.
- Kütləvi informasiya vasitələrində Avropa Məhkəməsinin təcrübəsində ərizəçinin dərhal azadlığa buraxılması ilə bağlı presedentlərin artıq mövcud olduğu qeyd olunur. Bu barədə nə deyə bilərsiniz?
- Söhbət yəqin ki, Avropa Məhkəməsinin Asanidzenin Gürcüstana qarşı iddiası üzrə qərarından gedir. Həqiqətən, həmin qərarda cavabdeh dövlətdən şikayətçinin dərhal azad edilməsi tələb edilib. Lakin həmin işin mahiyyəti ondan ibarət idi ki, şikayətçinin məhkəmənin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının müddəti bitdiyinə baxmayaraq, o, Acarıstanın keçmiş hakimiyyət orqanları tərəfindən həbsxanadan azad edilməyib. Bu şəraitdə Avropa Məhkəməsinin yeganə çıxış yolu şikayətçinin azadlığa buraxılmasının zəruriliyini təsdiq etmək idi.
Eynulla Fətullayevin işi ilə bağlı başqa bir məqama da diqqətinizi cəlb etmək istərdim. İşin Avropa Məhkəməsində baxılması zamanı Eynulla Fətullayevin qohumları və digər şəxslər bir neçə dəfə mətbuatda çıxış edərək, Avropa Məhkəməsinin onun buraxılmasına dair qərar qəbul edəcəyini bildiriblər. Belə bir qərarın Avropa Məhkəməsi üçün adi hal olmadığını nəzərə alaraq, Avropa Məhkəməsindən məlumatların sızması barədə əsaslı şübhələr yaranıb. Azərbaycan hökumətinin Avropa Məhkəməsinə bu məsələ ilə bağlı müraciət etməsindən sonra belə bəyanatlar dərhal dayandırılıb. Lakin təəssüf ki, Avropa Məhkəməsi bununla bağlı heç bir daxili araşdırma aparmayıb. Hesab edirəm ki, bu məsələ də Azərbaycan hökumətinin Avropa Məhkəməsinin Böyük Palatasına şikayətində əks etdirilməlidir.
- 24/05/2013 İyunun əvvəlində Azərbaycanda Belarus mədəniyyəti günləri keçiriləcək
- 24/05/2013 Avropa Parlamentinin komitə sədri Heydər Əliyev Mərkəzində olub
- 24/05/2013 Azərbaycan prezidenti Argentina prezidentini təbrik edib
- 24/05/2013 Razi Nurullayev İraq səfiri ilə görüşüb
- 24/05/2013 Azərbaycan prezidenti İordaniya kralını Müstəqillik günü münasibətilə təbrik edib
- 24/05/2013 Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu 28 may - Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib - FOTOSESSİYA
- 24/05/2013 Roma Papası Frensis 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik edib
- 24/05/2013 Əli Həsənov Azərbaycan hökumətinin hansı sahələrdə təzyiqə məruz qaldığını açıqlayıb
- 24/05/2013 Azərbaycan prezidenti Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul edib
- 24/05/2013 Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
- 24/05/2013 Bakıda Almaniya-Azərbaycan dialoq forumu keçirilir - FOTO
- 24/05/2013 TBMM-in sədr müavini: “Türk birliyinin təmin olunacağına inanıram” - MÜSAHİBƏ
- 24/05/2013 Baş katib: “ATƏT-in Bakı Ofisinin statusuna yenidən baxılmasını tələb etmək Azərbaycanın qanuni haqqıdır” - EKSKLÜZİV
- 24/05/2013 AŞPA Bürosunun Ermənistanda keçiriləcək iclasında Azərbaycandakı prezident seçkiləri müzakirə ediləcək
- 24/05/2013 Əli Həsənov: “Bizim münasibətlərdə bir əsas şərtimiz var”
- 24/05/2013 Əli Həsənov: “Azərbaycan birmənalı şəkildə Avropa inkişaf yolunu seçib”
- 24/05/2013 Milli Məclis dövlətlərarası sənədləri təsdiqləyib
- 24/05/2013 Braziliya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
- 24/05/2013 Eldar İbrahimov: “Bəzi deputat həmkarlarımıza müraciət edirik ki, İranla bağlı çıxışlarında ehtiyatlı olsunlar”
- 24/05/2013 ABŞ səfiri: “Azərbaycan və Türkmənistan kompromis əldə etməlidir”
- 24/05/2013 ABŞ-ın Azərbaycandakı səfiri: “Şahdəniz” yatağının istismarına sanksiya tətbiq oluna bilərdi”
- 24/05/2013 Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş təntənəli ziyafət keçirilib - FOTO
- 24/05/2013 Amerikalı konqresmen Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib
- 24/05/2013 ABŞ səfiri: “Ümid edirik ki, Transxəzər qaz kəməri layihəsi Azərbaycan və Türkmənistan arasında sərhədlə bağlı saziş imzalanmadan da həyata keçiriləcək”
- 24/05/2013 Fransa, İtaliya senatorları və Braziliya parlamentarlari II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəklər
- 24/05/2013 AŞPA daimi komitəsinin İrəvanda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
- 24/05/2013 ABŞ dövlət katibi 28 May münasibətilə Azərbaycan xalqını təbrik edib
- 24/05/2013 AŞPA sədri mayın 26-da Azərbaycana rəsmi səfər edəcək
- 24/05/2013 Azərbaycanın birinci xanımı Fransa Milli Assambleyası və Senatında bir sıra görüşlər keçirib
- 24/05/2013 Bakıda İraqın kütləvi məzarlıqlar günü ilə bağlı tədbir keçirilib
- 24/05/2013 Dmanisidə gürcü və azərbaycanlı əlillərə yardım edilib
- 23/05/2013 Oqtay Əsədov: “Ümid edirəm ki, Koreya Dağlıq Qarabağ münaqişəsinin həllində haqq-ədalətin tərəfində olacaq”
- 23/05/2013 Eldar Mahmudov: “Dağlıq Qarabağ münaqişəsi bütün Avropanın təhlükəsizliyinə ciddi təhdiddir”
- 23/05/2013 Almaniya və Avstriya prezidentləri 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik ediblər
- 23/05/2013 NATO PA-nın növbəti “Rouz-Rout” seminarı Bakıda keçiriləcək
- 23/05/2013 CAR-da Azərbaycanın Respublika Günü qeyd edilib - FOTOSESSİYA
- 23/05/2013 Kraliça II Yelizaveta və Səudiyyə Ərəbistanı Kralı Azərbaycan prezidentinə təbrik məktubu göndərib
- 23/05/2013 Azərbaycan prezidenti Koreya Milli Assambleyasının sədr müavinini qəbul edib - FOTO
- 23/05/2013 Azərbaycan prezidenti NATO baş katibinin müavini ilə enerji təhlükəsizliyi və terrorizmlə mübarizə məsələlərini müzakirə edib - FOTO
- 23/05/2013 İranlı diplomat: “Xalidə Xalid və Şamxal Hüseynov hələlik Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verilməyib”
Bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər
Fərhad Abdullayevin növbəti dəfə Konstitusiya Məhkəməsinin sədri təyin olunması ilə bağlı Azərbaycan prezidenti MM-ə təqdimat göndərib
Şamaxı Astrofizika Rəsədxanası: Günəşdə baş verən partlayışların fəsadları Yer kürəsinə də çatıb
Əli Həsənov: “Dağlıq Qarabağ məsələsində zaman Azərbaycanın xeyrinə işləyir”
Əli Həsənov Azərbaycan hökumətinin hansı sahələrdə təzyiqə məruz qaldığını açıqlayıb




Forex
;