Ana səhifə > İqtisadiyyat >
Sahibkarlıq
Saxlama müddəti ötmüş 10 ton ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib
[
08 Fevral 2010 18:15 ]

Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində «Venera» MMC-yə məxsus anbarda, Yasamal rayonunun N.Nərimanov prospekti, 522-ci məhəllə, ev 2 ünvanında Namiq Eynəliyevə məxsus mağazada, H.Məcidov küçəsi, ev 7 ünvanında Mirsahib Cəfərova məxsus mağazada, B.Bağırova küçəsi, ev 5, mənzil 2 ünvanındakı «Aygün mini-market»də, H.Cavid prospekti, 549-cu məhəllə, ev 91, mənzil 16 ünvanında Dəyanət İsayevə məxsus mağazada, M.Rahim, ev 22 ünvanında Nazim Osmanlıya məxsus mağazada, Ak. Ş.Əzizbəyov, ev Q, mənzil 1 ünvanında Elbrus Nəsirova məxsus «Kazbek market»də ümumi çəkisi 10 tona yaxın saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan və üzərində istehsal tarixi göstərilməyən ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
|