Bakı. Kəmalə Quliyeva - APA. Martın 3-də Çexiyada fəaliyyət göstərən AZƏR-ÇEX Cəmiyyəti və CAHAN Tələbə-Gənclər birliyi bu ölkənin paytaxtı Praqada erməni fotoqrafı Qarik Ovanesyanın təşəbbüsü ilə hazırlanmış “Qədim ölkə Artsax” kitabının və fotosərgisinin təqdimat mərasiminin keçirildiyi meydanda mitinq-piket təşkil edib. Bu barədə APA-ya məlumat verən AZƏR-ÇEX Cəmiyyətinin sədri Elşən Nəzərovun sözlərinə görə, mitinq-piket fotosərginin vernisajının və eyni adlı kitabın təqdimatının keçirilməsinin qarşısını alıb. Piketin daha da effektli olması üçün açıq səma altında “Xocalı faciəsi” adlı fotosərgi düzənlənib. E. Nəzərov bildirib ki, Heydər Əliyev Fondunun hazırladığı bu eksponatlar Praqa əhalisində böyük maraq doğurub. Tədbirə Azərbaycanın Çexiyadakı səfirliyi də dəstək verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən isə APA-ya bildirib ki, mitinqdə Xocalı faciəsi ilə bağlı plakatlar nümayiş etdirilib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə şüarlar səsləndirilib və Ermənistandan Azərbaycana qarşı təcavüzü dayandırması tələb olunub. Bundan başqa, “Dağlıq Qarabağ barədə bilməli olduğunuz 10 məsələ” adlı buklet təqdimat mərasiminin iştirakçıları, eləcə də meydandan keçənlərə paylanıb. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinə aid 500-ə yaxın məlumat vərəqəsi yayılıb. Aksiyada soydaşlarımızla yanaşı, digər MDB ölkələrinin, Türkiyə və Çexiyanın vətəndaşları da iştirak ediblər.
APA İnformasiya Agentliyi iqtisadiyyat şöbəsində 2 (iki) vakant yerə işçi qəbulu elan edir. İddiaçılar minimum 3 illik iş təcrübəsinə və iqtisadi biliklərə malik olmalı, Azərbaycan və rus dillərini sərbəst bilməlidirlər. Xarici dil bilənlərə üstünlük veriləcək.
Əlaqə telefonu: 596-33-57/58
Əlaqələndirici şəxs: Vüqar Mustafayev
Email: economics@apa.az