Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Kültür Mərkəzinin təşəbbüsü ilə Türkiyədə silsilə muğam konsertləri keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, layihə “Türkiyədə muğam fırtınası” adı altında baş tutacaq. Konsertlərdə Azərbaycanın gənc muğam ifaçıları Mütəllim Dəmirov və İlahə İbadova çıxış edəcəklər. İlk konsertin sentyabrın 22-də İğdırda keçirilməsi nəzərdə tutulur. Daha sonra Kars, Ankara, İzmir və İstanbulda muğam konsertlərinin təşkili gözlənilir.