Ana səhifə > Dünya >
MDB
Ukraynada MSK-nın işində fasilə elan olunub
[
09 Fevral 2010 01:36 ]

Bakı-APA. Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri çərşənbə axşamı səhərə qədər fasilə elan ediblər. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səslərin 99,47%-i sayıldıqdan sonra Regionlar Partiyasının sədri Viktor Yanukoviç 48,81% səslə liderlik edir. Prezidentliyə digər namizəd Yuliya Timoşenko isə seçicilərin 45,61%-nin etimadını qazanıb. Seçki bülletenlərinin 4,37%-i etibarsızdır.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin fevralın 7-дə keçirilmiş ikinci turunda seçicilərin 69,15%-i iştirak edib.
Xatırladaq ki, 18 namizədin mübarizə apardığı seçkilərin ilk turunda Viktor Yanukoviç 35,32%, Yuliya Timoşenko isə 25,05% səs toplayıb.
|