Ana səhifə > Dünya >
MDB
Ukraynada səslərin 99,13 %-i hesablanıb
[
08 Fevral 2010 20:47 ]

Bakı-APA. Ukrayna mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ukraynada keçirilmiş prezident seçkilərindən sonra səslərin 99,13%-i hesablanıb.
APA-nın «Ukrainskaya pravda»ya istinadən verdiyi məlumata görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviçə seçicilərin 48,73%-i, hazırkı baş nazir Yuliya Timoşenkoya isə seçicilərin 45,68%-i səs verib.
Bülletenlərin 4,37%-i etibarsızdır.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin fevrlın 7-ə keçirilmiş ikinci turunda seçicilərin 69,15%-i iştirak edib.
Xatırladaq ki, 18 namizədin mübarizə apardığı seçkilərin ilk turunda Viktor Yanukoviç 35,32%, Yuliya Timoşenko isə 25,05% səs toplayıb.
|