Русский  | English  | Français  | عربي  |
wap.apa.az

xəbər
foto
video
 
 

 
     
Ana səhifə Son xəbərlər Siyasət Xəbər İqtisadiyyat Dünya Mədəniyyət İdman Hərbi Foto Video Abunə
Populyar saytlarda Reklam
 
 son xəbərlər
 

09 Fevral 2010 05:36

Maliyyə böhranının ardınca neft böhranı gələcək

09 Fevral 2010 04:06

Kolumbiyada baş vermiş avtomobil qəzasında 4 nəfər həlak olub

09 Fevral 2010 03:12

Dünya bazarında neftin qiyməti artıb

09 Fevral 2010 02:28

Yunanıstanın aviaşirkətləri bütün reysləri təxirə salıblar

09 Fevral 2010 01:36

Ukraynada MSK-nın işində fasilə elan olunub

09 Fevral 2010 00:03

Azərbaycan Prezidenti “İstiqlal” ordenini Əlibaba Məmmədova təqdim edib

08 Fevral 2010 23:52

Azərbaycan Prezidenti “Bank olmayan kredit təşkilatları haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb

08 Fevral 2010 23:41

Azərbaycanla Küveyt hökumətləri arasındakı birgə komissiyanın Azərbaycan tərəfdən tərkibi təsdiqlənib

08 Fevral 2010 23:18

Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı yazılan musiqiçi Prezident təqaüdünə layiq görülüb

08 Fevral 2010 23:15

Azərbaycanın Laçın rayonunun təhsil işçiləri təltif olunub

08 Fevral 2010 22:58

Ucar rayonunda intihar hadisəsi baş verib

08 Fevral 2010 22:43

Cəlilabad rayonunda məişət qazının sızması nəticəsində partlayış baş verib

08 Fevral 2010 22:22

Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiqlənib

08 Fevral 2010 21:34

İrlandiya Milli Azadlıq Ordusu silahlı mübarizəni dayandırıb

08 Fevral 2010 20:47

Ukraynada səslərin 99,13 %-i hesablanıb

08 Fevral 2010 19:15

Bakıda İran kino günləri keçirilir

08 Fevral 2010 19:13

Milli Məclisin sədri Oqtay Əsədov Norveç Krallığının ədliyyə və polis nazirini qəbul edib

08 Fevral 2010 19:02

Bakıda yas mərasimində üç nəfər dəm qazından zəhərlənib

08 Fevral 2010 18:58

Milli Məclisin sədri Oqtay Əsədov fevralın 20-22-də İranda rəsmi səfərdə olacaq

08 Fevral 2010 18:57

Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşüb

08 Fevral 2010 18:50

Naxçıvanda hər 100 nəfərdən 61-i mobil telefon istifadəçisidir

08 Fevral 2010 18:46

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxana müdiri özünü asıb

08 Fevral 2010 18:40

Yanvarda Ceyhan limanından 2,8 mln. ton neft dünya bazarına çıxarılıb

08 Fevral 2010 18:37

Norveçin ədliyyə və polis naziri Milli Məclisin qonağı olub

08 Fevral 2010 18:32

Naxçıvan teatrı yeni tamaşa səhnələşdirir

08 Fevral 2010 18:15

Saxlama müddəti ötmüş 10 ton ərzaq məhsulu satışdan çıxarılaraq məhv edilib

08 Fevral 2010 18:14

AŞ PA həmməruzəçisi Andreas Herkel: “Azərvbaycanla bağlı hesabatın iyul ayında hazır olacağını güman edirik”

08 Fevral 2010 17:55

“Eurovision-2010” müsabiqəsinin final konsertinin biletləri 20 dəqiqə ərzində satılıb qurtarıb – FOTO

08 Fevral 2010 17:55

Asim Mollazadə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

08 Fevral 2010 17:55

Norveçin ədliyyə və polis naziri Azərbaycana səfərə gəlib

08 Fevral 2010 17:52

Bakıda Azərbaycan üçün Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçiriləcək

08 Fevral 2010 17:50

ATƏT Parlament Assambleyasının rəhbəri: “Ukraynadakı seçkilər hər kəsin qələbəsi ilə nəticələnib”

08 Fevral 2010 17:46

Azərbaycanda idman müsabiqələri və mərc oyunları keçirən qurum yaradılıb

08 Fevral 2010 17:45

Azərbaycanın ABŞ-dakı səfirliyi “Prescient Worldwide” telefon şirkətinin rəhbərliyinə etiraz məktubu göndərib

08 Fevral 2010 17:38

Çingiz Abdullayev: “Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüstan və Ermənistandan geri qalır”

08 Fevral 2010 17:36

“InterSystems” şirkəti Cənubi Qafqazda ilk tərəfdaşı ilə müqavilə imzalayıb

08 Fevral 2010 17:34

Ermənistanın müdafiə naziri Fransaya beş günlük işgüzar səfərə gedib

08 Fevral 2010 17:31

Qohumlarını qətlə yetirən Salyan rayon sakini 15 il müddətinə azadlıqdan məhrum edilib

08 Fevral 2010 17:29

Akademik Milli Teatrda “Antiqona” əsəri tamaşaya hazırlanır

08 Fevral 2010 17:27

Bu gün BBVB-nin valyuta bölməsində 1,636 mln. dollarlıq əqdlər bağlanılıb

08 Fevral 2010 17:26

Rail Rzayevin həbsdə olan köməkçisinin səhhətində problemlər yaranıb

08 Fevral 2010 17:24

Türkiyənin “Dekoral Alüminyum Sanayi ve Ticaret” şirkəti Azərbaycanda nümayəndəlik açıb

08 Fevral 2010 17:22

“Gənc liderlər üçün Qış Universiteti” sessiyasında “Azərbaycançılıq fəlsəfəsi” mövzusunda mühazirə oxunub

08 Fevral 2010 17:19

“Eurovision”a ev sahibliyi edəcək Norveçi müsabiqədə 22 yaşlı opera müğənnisi təmsil edəcək – FOTO

08 Fevral 2010 17:17

Demokratiya Uğrunda İttifaqın deputatlığa namizədlərinin müşavirəsi keçiriləcək

08 Fevral 2010 17:14

“NLT Telekom” yeni aksiya keçirir

08 Fevral 2010 17:11

Cəlilabadda smart-kartla işləyən elektrik sayğaclarının quraşdırılmasına başlanıb

08 Fevral 2010 17:10

Türkiyənin xarici işlər naziri Qazaxıstana səfər edəcək

08 Fevral 2010 17:10

Müsavat Partiyası parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlayıb

08 Fevral 2010 16:52

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Digər xəbərlər
>>>

 Top 5
 

08 Fevral 2010 13:59

“Eurovision-2010”-da Azərbaycanı təmsil etmək iddiasında olan üç finalçı xəstəxanaya aparılıb - FOTO

08 Fevral 2010 13:02

Yolların buz bağlaması səbəbindən avtomobildə gecələməli olan Qala sakini dəm qazından boğularaq ölüb – YENİLƏNİB

06 Fevral 2010 12:50

Azərbaycanda qəzetlər çıxmayıb - YENİLƏNİB

08 Fevral 2010 16:31

Azərbaycanda magistral qaz kəmərində partlayış olub

06 Fevral 2010 14:16

Azərbaycanda dövlət əleyhinə çağırışlarda təqsirli bilinən şəxs həbsxanada dünyasını dəyişib
 
Bu link Sizin saytınıza apara bilər!
 
 
 
     

Ana səhifə > İdman > Futbol

Vlastimil Petrjela: “Çexiya ilə oyunda Azərbaycana azarkeşlik edəcəyəm” - EKSKLÜZİV
[ 17 Noyabr 2009 18:41 ]
Bakının “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjelanın apasport.az saytına eksklüziv müsahibəsi

- Sabah keçiriləcək Azərbaycan - Çexiya oyunu öncəsi fikirləriniz bizim üçün çox maraqlıdır. Milli komandanızın yığmamızı asanlıqla məğlub edəcəyini düşünürsünüz?
- Yox. Məncə, belə olmayacaq. Çünki Azərbaycana qarşı oynayacaq çexiyalı futbolçular heç də ən güclülər deyil. Milli komandamızda belə heyətin olması qəribə haldır. Bizdə daha yaxşı futbolçular var və indi onlar yığmadan kənarda qalıblar. Birləşmiş Ərəb Əmirliklərinə 4-cü, 5-ci dərəcəli futbolçuları aparıblar. Buna görə hesab edirəm ki, Çexiya ilə Azərbaycan yığmaları arasında bərabər oyun gedəcək.

- Yəni şansları bərabər sayırsınız?
- Bəli. Mən meydanda bərabər səviyyəli mübarizə gözləyirəm.

- Çexiya yığmasını nəyin hesabına üstələyə bilərik?
- Oyun nizam-intizamı sayəsində. Ancaq təəssüf ki, bu, Azərbaycan futbolunun problemidir. Elə bizim milli komandada da bu baxımdan problem var. Çünki futbolçular uzun müddətdir bir yerdə oynamırlar və çoxlu çətinliklərin olacağını düşünürəm.

- “Neftçi”dən yaxşı tanıdığınız, çox bəyəndiyiniz müdafiəçi Rəşad Sadıqovun yoxluğunu çexlər üçün böyük üstünlük saymaq olar?
- Bəli. Bu, Azərbaycan yığması üçün ciddi itkidir. Rəşadın yoxluğunda həmyerlilərimin işi asan olacaq. Sadıqov çox səviyyəli müdafiəçidir və o, meydana çıxanda arxa xətt güclü təsir bağışlayır. Çexiya yığması Rəşadın yoxluğundan yararlana bilər.

- Milli komandanızın Birləşmiş Ərəb Əmirlikləri ilə oyunu izləmisinizmi?
- Bəli. Bu, bizim üçün çox pis görüş idi. Milli komandamız bərbad oynadı. Yığmamızın oyunu burada heç kimin xoşuna gəlmir. Hamı kollektivi söyür. Deyirlər ki, bu, nə yığma komandadır?

- Bəs Azərbaycan yığmasının İraqla görüşünə baxa bildiniz?
- Xeyr. Yalnız mətbuatdan oxudum ki, azərbaycanlılar 0:1 hesabı ilə uduzublar.

- BƏƏ-dəki beynəlxalq turnirin aşkar favoriti olan Çexiyanın heç finala yüksələ bilməməsi xəbərini necə qarşıladınız?
- Bu, mənim üçün həqiqətən də gözlənilməz, böyük sürpriz oldu. Milli komandamız özündən zəif rəqibi yenə bilmədi. Əslində, yığmamız indi heç də yaxşı günlərini yaşamır. Bunun da məntiqi nəticəsidir ki, 2010-cu il dünya çempionatının final mərhələsinə çıxa bilmədik. Çexiya yığmasında hansı futbolçuların oynadığını baxsaq, bu, gülməlidir. Onlar heç də ən yaxşı futbolçularımız deyil.

- Ümumiyyətlə, Çexiyada Azərbaycan milli komandası ilə oyun öncəsi hansı fikirlər səslənir? Şanslar necə dəyərləndirilir?
- Deyirlər ki, Çexiya yüz faiz Azərbaycan üzərində qələbə qazanacaq. Burada Azərbaycan futbolu haqda heç nə bilmirlər. Həmyerlilərim üçün sadəcə, bu, önəm kəsb etmir.

- Bəs siz Çexiyanın Azərbaycanı yüz faiz məğlub edəcəyini düşünmürsünüz?
- Yox. Mən belə fikirdə deyiləm. Çünki onlardan fərqli, mən Azərbaycan futboluna yaxından tanıyıram. Bilirəm ki, sizdə yaxşı futbolçular oynayır. Milli komandanızla görüş öncəsi Çexiyadan mənə zəng etmişdilər, qarşıdakı görüşlə bağlı fikirlərimi öyrənirdilər. Mən də dedim ki, rəqib pis komanda deyil, Azərbaycan yığması ilə görüşdən ehtiyatlanmaq lazımdır.

- Yəqin ki, sabahkı oyunu izləyəcəksiniz?
- Bəli.

- Maraqlıdır, hansı yığmaya azarkeşlik edəcəksiniz - Çexiyaya, yoxsa Azərbaycana? Mümkünsə, bu suala tam səmimi cavab verin...
- (gülür) Azərbaycana.

- Niyə?
- Çünki Azərbaycan mənə yad ölkə deyil. İndi sizin milli komandanızda “Neftçi”də işlədiyim futbolçular var. Mən onlara azarkeşlik edəcəyəm və yığmanızın qələbə qazanmasını istəyirəm. Həm də ona görə ki, Azərbaycan komandası bu oyunun favoriti deyil.

- Məgər Çexiya yığmasından elə incimisiniz ki, ondan üz çevirib, rəqibə azarkeşlik edəcəksiniz?
- Bu, milli komanda deyil. Sadəcə, ortabab futbolçulardan qurulmuş bir kollektivdir. Onların heyətində bir neçə güclü futbolçu var, qalanları kənarda qalıb. Belə yığma olmur.

- Onu da nəzərə alaq ki, sizlərə yaxşı tanış olan Berti Foqts 13 il öncə Çexiya milli komandasını finalda məğlub etməklə, sizin Avropa çempionu olmağınıza imkan verməyib. Həmyerliləriniz qisas almaq istədiyi alman həmkarınıza da azarkeşlik edəcəksiniz?
- Foqtsun həmin vaxt milli komandamızı məğlub etməsi yaxşı yadımdadır. Ancaq nəzərə alaq ki, onun rəhbərlik etdiyi Almaniya yığması o zaman çox güclü idi. Foqts hələ də Azərbaycan yığmasının baş məşqçisidir?

- Bəli. AFFA rəhbərliyi onunla iki illik yeni müqavilə imzaladı. Foqts 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər milli komandanızın sükanı arxasında olacaq.
- Deməli, belə. Afərin.

- Foqtsun vəzifəsində saxlanılması sizin üçün gözlənilməz oldu?
- (gülür). Bu, mənim üçün bir sürpriz olmadı. Qoy işləsin, buna qarşı çıxmıram. Əksinə, Foqtsa ən yaxşı arzularımı çatdırıram.

- Azərbaycan milli komandasının son oyunlarını izləmisinizmi? Foqtsun seçmə mərhələdə topladığı 5 xalı bizim üçün qənaətbəxş nəticə sayırsınızmı?
- Hesab edirəm ki, Azərbaycan yığması daha yaxşı oynamalıdır. Beş xal elə də yüksək nəticə deyil. Deyərdim ki, milli komandanızın nəticəsi pisdir. Əslində, ölkənizdə yaxşı futbolçular var və onlardan güclü komanda yaratmaq olar. Başa düşmürəm, Azərbaycan yığması niyə belə pis oynayır?

- Sizcə, Foqts AÇ-2012-nin final mərhələsinə çıxmaq uğrunda mübarizə apara bilən komanda yarada bilərmi? Ümumiyyətlə, onun bu vəzifəni yerinə yetirməsi realdırmı?
- Fikrimcə, hər şey realdır. Ancaq bir şərtlə ki, yaxşı oynasan. Yığmanız indiki kimi çıxış etsə, onda bu, real olmayacaq və yenə qrupda sonuncu, yaxud ondan əvvəlki yeri tutacaq.

- Bəs sizcə, yığmamıza necə oynamaq lazımdır?
- Daha yaxşı.

- Yəni baxımlı, hücum futbolu?
- Bəli. Bilirəm ki, Azərbaycanda potensiallı, yaxşı futbolçular var. Axı onlar yığmada niyə belə pis oynayırlar? Bu, mənə qaranlıq qalır. Bundan əlavə, niyə Azərbaycan yığması daha çox müdafiə olunur? Bundan yüksək səviyyədə oynamaq lazımdır.

- Milli komandamıza Çexiya yığması ilə sabahkı oyunda nə məsləhət verərdiniz?
- Məsləhətim odur ki, ilk növbədə müdafiədə diqqətli olsunlar, sayıqlığı əldən verməsinlər. Bir də ki, rəqibdən çəkinməyib, daha çox əks-hücum etsinlər. Belə oyunla uğur qazanmaq olar.


  Çap üçün variant    Seçilmişlərə əlavə et    Poçtla göndər    RSS üçün keçid  


     Bölmədən digər xəbərlər    













































































































 Video



 Foto



 Valyuta  
Forex
Valyuta Alış Satış
EUR 1.116 1.1205
RR 0.0265 0.0267
USD 0.804 0.8044
Yenilənib: 08-02-2010

 Arxiv  
<<     ,    >>

 
 
 
 
Şirkət haqqında   |    Partnyorlar   |    Əlaqə

Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2009 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by DigitalBrand & APA