Yanvarda Ceyhan limanından 2,8 mln. ton neft dünya bazarına çıxarılıb
[
08 Fevral 2010 18:40 ]
Bakı. Aynur Vəliyeva – APA-ECONOMICS. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yanvar ayında dünya bazarına çıxarılmış Azərbaycan neftinin həcmini açıqlayıb.
ARDNŞ-dan «APA-ECONOMICS»ə bildiriblər ki, bu ilin yanvar ayı ərzində 2,8 mln. ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin fevralın 1-dək Ceyhan limanından 107,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Bununla yanaşı, yanvar ayında BTC əsas ixrac boru kəməri ilə 3,04 mln. ton Azərbaycan nefti nəql olunub.
Qeyd edək ki, kəmər istifadəyə verilən gündən bu il fevralın 1-dək BTC-yə 109,6 milyon ton neft vurulub.